Elvin Nəbizadə

Gənc rəssam 1986-cı ildə Gürcüstanın Bolnisi şəhərində anadan olub. 1990-cı illərdə ailəsi ilə birlikdə Bakıya köçüb. 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsini bitirib. E. Nəbizadənin işlərinin əksəriyyətini heykəllər və instalyasiyalar təşkil edir. Onun əsərləri şəxsi identifikasiya və milli mədəniyyət mövzuları ətrafında olan araşdırmalardır. Rəssam “Tullantıdan sənətə” (2015, Qala, Azərbaycan), “Mənşə” müasir incəsənət sərgisi (2014, Kiçik Qalart, Bakı, Azərbaycan), “Səməni” Beynəlxalq İncəsənət Sərgisi (2014, Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan), “Zavod” sərgisi (2013, Bakı Məişət Kondisionerləri Zavodu, Bakı, Azərbaycan), “Təcavüz” sərgisi (2014, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Bakı, Azərbaycan) və bir sıra başqa layihələrin iştirakçısı olub.

Əvvəlki layihələr

2016

“Rahat keyləşmə” adlı qrup sərgisində “Qara saz” layihəsi

2016

V Beynəlxalq “Tullantıdan sənətə” sərgisi

2016

“Futurismo Ora” rəsm sərgisi

2016

“Sırğa olsun” konseptual incəsənət sərgisi, instalyasiya

2015

IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisi

2015

İlk Avropa Oyunlarına həsr olunan “Biz birlikdə” sərgisi

2014

“Küknar” Beynəlxalq incəsənət sərgisi

2014

“Təcavüz” müasir incəsənət sərgisi

2014

“Mənşə” müasir incəsənət sərgisi, iki instalyasiya və videolayihə

2014

“Səməni” Beynəlxalq İncəsənət Sərgisi, “Şəkərbura” heykəli

2013

“Zavod” sərgisi, “Şans” instalyasiyası

2011-2012

“Xocalı” soyqırımına həsr olunmuş sərgidə “Ağırlıq” və “Axmaqlar” heykəlləri

May 2012

“Keçmişdən günümüzə mədəni irs” sərgisi

2012

Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən müsabiqədə “Balans” heykəli

Dekabr 2010

ABŞ-ın Azərbaycandakı Səfirliyinin təşkil etdiyi “Amerika mənim arzularımda” sərgisi

May 2009

Türkiyənin Azərbaycandakı Səfirliyi tərəfindən təşkil edilən “Bir millət, iki dövlət” sərgisi