HYPNOTICA

2009-cu ildən etibarən “Hypnotica” Azərbaycanda video sənətinin ən populyar istiqamətlərindən biri – video-mappinq texnologiyasının tətbiqi ilə layihələr hazırlayan ilk və yeganə komandadır. Gənc, iddialı və yaradıcı insanlardan ibarət bu komanda layihə üzərində sadə bir fikirdən son nəticəyə qədər çalışırlar. “Hypnotica”nın üzvləri 2009-cu ildən 2012-ci ilə qədər tanınmış musiqiçilərin və DJ-lərin (Parov Stelar, Fedde Le Grand, LeeroyThornhill, David Vendetta, Jose Padilla, Markus Schulz, Scott Langley, Leon Bolier və digərləri) çoxsaylı video şoularının müəllifləri olublar.

WWW.HYPNOTICA.US

Əvvəlki layihələr

2016

Dünya Şahmat Olimpiadasının açılış mərasiminə həsr olunmuş video-mappinq layihəsi

2016

Parisdə keçirilən “Art Fair 2016” festivalında “Petit Palais” binası üzərində “Nəfəs” adlı video-mappinq

2015

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) keçirilən “İşıq dairəsi” festivalında kompleksin əsas binasının fasadında “Vaxt işığı” video-mappinqi

2015

İspaniyada “FIMG” festivalında nümayiş olunan “SÜR/REALİZM” video-mappinqi

2015

Praqanın Mərkəzi meydanında Xocalı faciəsinə həsr olunmuş “Kədər küləkləri” video-mappinqi

2014

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının açılış mərasimində video-mappinq layihəsi

2014

Heydər Əliyev Mərkəzinin binası üzərində “Ağ işarə” video-mappinq instalyasiyası

2012

İçərişəhərdə Arxeologiya və Etnoqrafiya Muzeyinin fasadında “Başqa gün” video-mappinq layihəsi