Emin Məmmədov
Pavilyonun kuratoru

1970-ci ildə Bakı şəhərində anadan olub. Hazırda burada yaşayır və işləyir. 2011-ci ildən Heydər Əliyev Fondunun, 2013-cü ildən isə Heydər Əliyev Mərkəzinin bədii müşaviridir. O, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Qrafika” şöbəsində dərs deyir. 2012-ci ildə “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. E. Məmmədov Azərbaycanda və Avropanın bir çox şəhərlərində keçirilmiş sərgilərə kuratorluq edib.


Məsləhətçi və əlaqələndirici qismində iştirak etdiyi layihələr:


2012-2013 “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi (Phillips de Pury & Company, London, Birləşmiş Krallıq; Hotel Salomon de Rothschild, Paris, Fransa; me Collectors Room, Berlin, Almaniya; Multimedia Art Muzeyi, Moskva, Rusiya; Spazio D - Maxxi XX əsr müasir incəsənəti Milli Muzeyi, Roma, İtaliya; Kunsthistorisches muzeyi - Neue Burg, Vyana, Avstriya)


2014, Noyabr-Dekabr “Bu gün burada” beynəlxalq sərgisi, məsləhətçi, London, Birləşmiş Krallıq


May-noyabr 2013 “Ornamentation”, 55-ci Venesiya Biennalesi, Azərbaycan milli pavilyonu, İtaliya


May-noyabr 2015 Lezze Sarayında “Hüdudları aşaraq” və Ca'Garzoni Sarayında “Vita Vitale” sərgiləri, 56-cı Venesiya Biennalesi, Azərbaycan milli pavilyonu, İtaliya


2016-2017 “Canlı həyat” beynəlxalq sərgisi, Soho Revue qalereyası, London, Birləşmiş Krallıq; Galerie de Minimes, Paris, Fransa; Galerie Berlin Baku (GBB), Berlin, Almaniya


2015-2016 Azərbaycan mədəniyyəti günləri, Fransa


2015 “XX-XXI əsrlər Azərbaycan rəngkarlığı sərgisi” və Daş salnamə muzeyi, Bakı, Azərbaycan


2016 “Partizanın izi ilə”, “Bir günəş altında”, “Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə”, Kann və Paris, Fransa


2015-2016 “Azərbaycan şəhərciyi”, Paris, Fransa


2016-2017 “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisi, Tretyakov qalereyası, Moskva, Rusiya; “Abşeron küləyindən doğulanlar: 1960-1980-ci illərdə Azərbaycan rəssamları” sərgisi, Erarta muzeyi, Sankt-Peterburq, Rusiya.