Prof. Dr. Martin Rot
Pavilyonun kuratoru

Martin Rot 2011-ci ildən 2016-cı ilədək Londonda Viktoria və Albert Muzeyinin direktoru olub. Onun rəhbərliyi altında V&A 2016-cı ildə “İlin muzeyi” adına layiq görülüb, Aleksandr Makkuinə həsr olunmuş “Vəhşi gözəllik” sərgisi isə 2015-ci ilin ən yaxşı müvəqqəti sərgisi kimi “Muzeylər və mədəni irs” mükafatını qazanıb. Londona köçməzdən əvvəl isə Dr. Rot 12 muzey və qalereyadan ibarət Drezden Dövlət İncəsənət Qalereyasının baş direktoru olub. Martin Rot Britaniya Şurasının və Göte İnstitutunun üzvü, Almaniyanın Xarici İşlər Nazirliyinin mədəniyyət məsələləri üzrə xüsusi müşaviri, Bornmut İncəsənət Universitetinin fəxri üzvü və Britaniya Kolumbiyası Universiteti nəzdində Tətbiqi Araşdırmalar Universiteti Mərkəzinin Peter Wall İnstitutunun fəxri professorudur.


Hazırda Almaniyanın Xarici Əlaqələr İnstitutunun prezidentidir.