2009-cu ildən etibarən “Hypnotica” Azərbaycanda video sənətinin ən populyar istiqamətlərindən biri – video-mappinq texnologiyasının tətbiqi ilə layihələr hazırlayan ilk və yeganə komandadır. Gənc, iddialı və yaradıcı insanlardan ibarət bu komanda layihə üzərində sadə bir fikirdən son nəticəyə qədər çalışırlar.

Elvin Nəbizadə

Gənc rəssam 1986-cı ildə Gürcüstanın Bolnisi şəhərində anadan olub. 1990-cı illərdə ailəsi ilə birlikdə Bakıya köçüb. 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsini bitirib. E. Nəbizadənin işlərinin əksəriyyətini heykəllər və instalyasiyalar təşkil edir. Onun əsərləri şəxsi identifikasiya və milli mədəniyyət mövzuları ətrafında olan araşdırmalardır.