Birlik
Müasir mədəniyyət müxtəlif sənətlərin sintezinə meyillidir. Media sənəti isə interaktiv instalyasiyaların tətbiqi ilə məlumatın sadə emalından məlumatın özünə, canlı təsvirdən yaradıcı düşüncəyə, vizual və şifahi kontekstdən mücərrədlik və kodlaşdırmaya kimi müasir dərketmənin xüsusiyyətlərini geniş şəkildə əks etdirir.
Bir günəş altında
Elvin Nəbizadə öz instalyasiyasında sazın gözəlliyindən istifadə edir. Rəssam üçün saz xüsusi məna daşıyan qədim ənənəvi musiqi alətidir. Saz onun irsi, ailəsinin, atasının səsi və əlinə aldığı ilk musiqi alətidir.
Hərəkət
Bu instalyasiya simvollar və kodlar vasitəsilə məlumat axını mövzusunu davam etdirir. Biz ömrümüz boyu milyonlarla insanla qarşılaşırıq. Bizim yollarımız kəsişir, daha sonra ayrılır və həyatımızda, şüur altımızda və zamanda izlər qoyur. Bu, yeni həyat və maddələrin necə yarandığını göstərir.
Sfera
Musiqi həmişə Elvin Nəbizadənin ilham mənbəyi olub. Məhz buna görə Venesiya Biennalesindəki instalyasiyası üçün rəssam qeyri-adi materiallar – musiqi alətlərini seçib. Onlar havada dayanan kürə formasını alıblar.
Profil
Pavilyon ziyarətinin sonunda ziyarətçi əvvəlki otaqlardan fərqli olaraq sakit bir otağa gəlir. Bu məkan insanı düşünməyə vadar edir. Otağa daxil olan ziyarətçi burada müşahidələr aparır və fikrə dalır.