Profil
Pavilyon ziyarətinin sonunda ziyarətçi əvvəlki otaqlardan fərqli olaraq sakit bir otağa gəlir. Bu məkan insanı düşünməyə vadar edir. Otağa daxil olan ziyarətçi burada müşahidələr aparır və fikrə dalır. İşıq effektləri, xüsusi olaraq hazırlanmış musiqi və laboratoriyanı xatırladan tamamilə boş ağ otaqda bir-birini əvəzləyən müxtəlif insanların barmaq izlərini görmək olar. Barmaq izlərinin vurğulanması xüsusi bir məna daşıyır. Barmaq izi dünyada hər bir fərdin sahib olduğu özünəməxsus eksklüziv koddur. Layihənin məğzi həyat dövrünü, nəsillərin dəyişməsini və təkrarlanma fəlsəfəsini göstərməkdən ibarətdir. Bu, yalnız interaktiv deyil, həm də meditasiya üçün baza rolunu oynayan yeganə layihədir.