Sfera

Musiqi həmişə Elvin Nəbizadənin ilham mənbəyi olub. Məhz buna görə Venesiya Biennalesindəki instalyasiyası üçün rəssam qeyri-adi materiallar – musiqi alətlərini seçib. Onlar havada dayanan kürə formasını alıblar. Azərbaycanda yaşayan azsaylı xalqları təcəssüm etdirən müxtəlif musiqi alətlərinin sferik kompozisiyası qeyri-adi şəkildə yerləşərək rasional forma yaradır, bununla da birlik ideyasını və birgə yaşamaq mədəniyyətini simvolizə edir. Hər musiqi alətinin fərqli səsi harmonik modulyasiyanın bir hissəsi olur. Hər xalqın ruhunun bir hissəsi olan musiqi alətinin səsi harmoniya və gözəlliklə dolu bir dünyaya həyat verir, qəlbin ən incə tellərinə toxunur. Alətlər ifa edilə bilən vəziyyətdə olmasa da, onlara toxunsanız, səslərini eşidəcəksiniz.

Sfera