Hərəkət

Bu instalyasiya simvollar və kodlar vasitəsilə məlumat axını mövzusunu davam etdirir. Biz ömrümüz boyu milyonlarla insanla qarşılaşırıq. Bizim yollarımız kəsişir, daha sonra ayrılır və həyatımızda, şüur altımızda və zamanda izlər qoyur. Bu, yeni həyat və maddələrin necə yarandığını göstərir. Müxtəlif əlifbalarda yazılmış qeyri-şifahi sözlər və ifadələr şifrələnir. “Birlik” layihəsi dünyanı eşitməyi vurğulayırdısa, bu instalyasiya dünya əlifbalarındakı fərqlər vasitəsilə kodların vizual qavranılmasını diqqət mərkəzində saxlayır. Müxtəlif əlifbalar instalyasiyanın vizual hissəsini təşkil etməklə bir şəxsin görüntüsünü yaradır. Əlifbalardan ibarət qrafika izləyiciyə həmin şəxsin xüsusiyyətlərini qavramağa imkan verən simvolik bir koddur. Bu layihə üçün xüsusi olaraq bəstələnmiş musiqi bizə instalyasiyanın ritmini izləmək imkanı verir. İnteraktiv proyeksiyalar isə izləyicini hekayənin və informasiya axınının tərkib hissəsi edir.